MARSOLREGION

Marsol Region partnyorlarının təşkilatçılığı ilə
"Axşam ziyafəti və B2B"

27 mart tarixində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorlarının, ölkəmizin regionlarından qonaqların və dövlət qurumu nümayəndələrinin iştirakı ilə "Axşam ziyafəti və B2B" görüş baş tutub.

İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala Regional bölməsinin rəhbəri Qalib Məsimov, Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Şəki Xidmət Sahəsinin rəhbəri Hamlet Qasımov, Şəki Elektrik Şəbəkəsinin baş mühəndisi Pərviz Cabbarzadə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəki KOB Dostu Elbrus İskəndərov görüşümüzdə iştirak edərək sahibkarlarla həmsöhbət olub, onların suallarını cavablandırıb.

Növbəti görüş tarixi | 25.01.2025Məkan | Şəki şəhəri
Marsol Region - Regional Partnerships
Lənkəran B2B görüşü

Martın 7-si Lənkəran şəhərində fəaliyyət göstərən "Bağ Evim" restoranında sahibkarlarla "Axşam ziyafəti və B2B" görüş baş tutub

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Nahid Nağdıyev iştirak edib, region partnyorları arasında maraqlı müzakirələr olub, maarifləndirici məlumatlar verilib.

Bununla yanaşı, 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başda olmaqla, B2B görüşlər, region turları, xarici turlar və digər fəaliyyətlər ətrafında müzakirələr aparılıb.

Sonda, 2025-2026-cı il üzrə Marsol Region partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatları təqdim olunub.

7 Mart 2024Lənkəran
Yüklənir...