Marsol Group tərəfindən iş adamları üçün yaradılan “Digital Business Network” platforması 400-dən artıq sahibkara geniş imkanlar təqdim edir. Platformaya üzv olan hər bir sahibkar MARSOL+ mobil tətbiqi vasitəsilə öz dijital biznes kartını yarada, şirkət haqqında məlumatların əks olunduğu açıq profilə sahib ola bilər.
8-10 iyun tarixlərində keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. 3 gün ərzində sərgini 26 min nəfər ziyarət edib.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi, “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”, “Prestij kimya”, “Gədəbəy mineral suları”, “Moon Qrup” və “BHB” strateji və kreativ media agentliyi sərgiyə dəstək göstərənlər sırasındadır.