Marsol Group tərəfindən iş adamları üçün yaradılan “Digital Business Network” platforması 400-dən artıq sahibkara geniş imkanlar təqdim edir. Platformaya üzv olan hər bir sahibkar MARSOL+ mobil tətbiqi vasitəsilə öz dijital biznes kartını yarada, şirkət haqqında məlumatların əks olunduğu açıq profilə sahib ola bilər.
24-26 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” baş tutacaq.
“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Nəzərinizə çatdıraq ki, sərgidə ziyarətçi iştirakı tamamilə ödənişsizdir.